Putinin İstanbul səfərinin detalları açıqlandı
14 Noyabr 2018 15:39 DünyaRusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da İstanbula edəcəyi səfərin detalları açıqlanıb.
Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Liderlərin görüşü zamanı Rusiya-Türkiyə münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Putin İstanbulda "Türk axını" layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31