Le Pendən sensasiya: Ordu Makrona buna görə lazımdır
14 Noyabr 2018 15:38 DünyaFransanın sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Prezident Emmanuel Makronun Ümumavropa ordusu yaratmaq fikrini kəskin tənqid edib.
Müxalifət lideri ordunun beynəlxalq birliyin deyil, suveren dövlətin elementi olduğunu qeyd edib.
"Mən Ümumavropa ordusu yaradılmasının əleyhinəyəm. Düşünürəm ki, ordu millətin suverenliyinin elementidir. Avropa müstəqilliyi anlayışı mövcud deyil. Avropa - nə xalq, nə də millətdir. Mən onun əməkdaşlıq üçün platforma, Avropa alyansı olmasının tərəfdarıyam. Ümumavropa ordusu heç bir halda yaradılmalı deyil", - Marin Le Pen bildirib.
Le Penin sözlərinə görə, ordu yaradılması Makrona Fransanın Almaniya ilə BMT TŞ-dakı yerini və Fransanın nüvə potensialını bölüşmək üçün lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31