İsrailin müdafiə naziri istefa verdiyini açıqlayıb
14 Noyabr 2018 15:32 Dünyaİsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib.
"Buraya, həqiqətən, müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm", - deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamağa cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.
İsrail KİV-inin məlumatına görə, A.Liberman həmçinin növbədənkənar seçkilərin keçirilməsinə çağırış etmək niyyətindədir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31