Lavrovla Peskovu Putinin yanına buraxmadılar - Video
14 Noyabr 2018 15:26 DünyaRusiyanın Xarici işlər naziri Sergey Lavrovla prezidentin mətbuat katibi Dmitri Peskov Sinqapurda gözləmədikləri rəftarla üzləşiblər.
Rusiyalı nümayəndələr prezident Vladimir Putinin sinqapurlu həmkarı ilə ASEAN sammiti çərçivəsində görüş keçirdiyi zala buraxılmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları və sammit personalı zalın qapısını bağlayaraq Lavrov və Peskovu içəri keçməyə qoymayıblar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31