Əfsanəvi Hind vadisi mədəniyyəti niyə məhv olub? — Tarixin gizlin sirləri
14 Noyabr 2018 14:14 DünyaHind okeanının dibində aparılan qazıntılar əfsanəvi Hind vadisi mədəniyyətinin tarix səhnəsindən silinməsi barədə sirrə işıq tutub.
Hind vadisindəki mədəniyyət iqlimin qəfil dəyişməsi və yağıntı miqdarına görə məhv olub. Klimatoloqların versiyası "Climate of the Past" jurnalında dərc edilib.

ABŞ Okeanoqrafiya institunun alimi Liviyu Cosan deyib:
"Hind vadisi mədəniyyəti hamı üçün yaxşı dərsdir. Afrika və Suriyaya baxın, insanlar iqlim dəyişikliyinə görə ərazini tərk edir. Keçmişdə insanlar belə problemlərin öhdəsindən başqa yerə köçməklə gəlirdilər. Amma bu gün ABŞ-ın cənub sakinləri və ya Banqladeş sahilləri sakinləri nə etsin? Tezliklə ərazi su altında qalacaq".

Hind vadisi mədəniyyəti dünyanın ən qədim sivilizasiyalarından biridir. Bu mədəniyyət 5 min il əvvəl müasir Hindistan və Pakistanın sərhədindəki Hind vadisində meydana çıxıb. Eramızdan əvvəl 2200-1900-cü illərdə çiçəklənmə dövrünü yaşayıb.
Bu dövrdə şəhərlərarası və xalqlararası ticarət, şəhər inşalarının planlanması, sanitar qovşaqlar, qanunlar və çəki ölçüləri üzə çıxdı. Hind vadisi mədəniyyəti bütün qitəyə yayıldı.
Eramızdan əvvəl 1900-cü illərdən sivilizasiya tənəzzülə uğradı. Bir neçə yüz il sonra isə yoxa çıxdı. Qədim meqapolislər boşaldı, tayfalar isə Himalay ətəyindəki kiçik kəndlərə sığındı. Bir çox tarixçi bunu regionda iqlimin dəyişməsi ilə əlaqələndirir.
Digər tərəfdən isə əldə edilən ümumi məlumatlara əsasən, son on min il ərzində İndostan iqlimi radikal olaraq dəyişikliyə məruz qalıb. Alimlər isə Xarrapp mədəniyyətinin daha əvvəl niyə məhv olmadığı barədə mübahisələr aparırlar. Cosan və həmkarları mübahisəni həll etmək üçün Moxenco-Daro, Rakxiqari, digər ərazilər, Hind okeanının dibi və Pakistan sahillərindəki bəzi əraziləri tədqiq etməyə başladılar.

Alimlər plankton və digər mikro orqanizmləri tədqiq edərək nəticəyə gəliblər ki, Hind vadisi mədəniyyəti quraqlıq səbəbindən yox, qış mussonları səbəbindən məhv olub. Yay yağışları daha az yağmağa başladı. Bu zaman Hind vadisi böyük şəhər sakinləri üçün əlverişsiz regiona çevrilməyə başladı.
Bu dəyişiklik ilk növbədə iqlimin "kiçik buz dövrü"nə keçidi ilə əlaqədar idi. Planetin bütün ərazisində tempratur aşağı düşmüşdü. Soyuqlar getdikcə Hind koeanındakı küləklərin hərəkətini və axınların xarakterini dəyişdi.

Ölkə.Az