“Taxt oyunları”nın final sezonunun vaxtı açıqlandı
14 Noyabr 2018 14:04 Dünya"Taxt oyunları" filminin "Twitter"dəki rəsmi səhifəsində filmin final sezonunun treyleri yayımlanıb.
Treyler öncə yayımlanmış seriyalardakı kadrlardan ibarət olub.
Həmçinin, məlum olub ki, serialın final sezonu 2019-cu ilin aprel ayında yayımlanacaq.
8-ci sezonun ilk treylerinin nə zaman yayımlanacağı barədə məlumat yoxdur. Daha öncə verilən xəbərə görə, son bölümlərin çəkilişləri müəlliflərin bundan öncəki sezonlarda çəkdikləri filmlərdən daha çox zaman alıb. Bu, filmin finalında genişmiqyaslı döyüş səhnələrinin çəkilməsi ilə əlaqədardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31