"Ukrayna Moskvanı işğal etməlidir" - Çernovol
14 Noyabr 2018 13:57 DünyaUkrayna yekun məqsədi Moskvanın alınması olan "bliçkriq" (ildırımsürətli müharibə) başlatmalıdır.
Bu barədə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin seçki qərargahının rəisi olmuş eks-deputat Taras Çernovol Donetsk və Luqanskda keçirilən seçkiləri şərh edərkən danışıb.
"Biz bu əraziləri yalnız bir səbəbdən ala bilmirik. Çünki bliçkriqi Donetsk və ya Luqanskda deyil, Moskvada, Qırmızı Meydanda başa çatdırmaq lazımdır. Kiyev hələlik buna hazır deyil. Ona görə də diplomatik yollardan və sanksiya siyasətindən istifadə edir", - Çernovol bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31