ABŞ təhlükəli silahı orduya verir
14 Noyabr 2018 13:55 DünyaABŞ ordusu bir neçə il ərzində yüksək gücə malik lazer silahları ilə təmin olunacaq.
Bu barədə ABŞ Müdafiə nazirinin müavini Maykl Qriffin bildirib.
"Fikrimcə, bizi enerji ötürülməsinə hesablanmış hərbi silahların yaradılmasından bir neçə il ayırır. Bu, xüsusən lazer silahlarına aiddir", - nazir müavini Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.
Qriffinin sözlərinə görə, bu tip silahların hazırlanması Vaşinqtondan cari maliyyə xərclərinin 3-4 dəfə artırılmasını tələb edəcək. Nazir müavini eyni zamanda ABŞ ordusunun pilotsuz uçuş aparatlarını sıradan çıxara biləcək güclü mikrodalğalı şüalanma vasitəsilə yeni hərbi texnikalar yaratmaq niyyəti barədə danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31