Yupiter üzərində qəribə buludlar – NASA foto yaydı

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş "bükülmüş" buludların foto-şəkillərini yayımlayıb.

Görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - "Juno" kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə "pop-up" formalı fiqurlarla yanaşı, "Ağ Oval" adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

"Juno" 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31