“Sülh müqaviləsi imzalamağa hazıram” – Prezident

Əfqanıstan Prezidenti Əşrəf Qəni Taliban terror təşkilatı ilə sülh müqaviləsi imzalamaq niyyətində olduğunu açıqlayıb.

O, bu barədə Con Hopkins Universitetinin tələbələri ilə videokonfransda bildirib.
Prezident Əfqanıstan hökumətinin danışıqlara hazır olduğunu deyib:

"XXI əsrdə müharibəni hərbi yolla başa çatdırmaq çətinləşir. Əfqanıstanla Taliban arasındakı qarşıdurma siyasi olaraq həll ediləcək".

Əşrəf Qəni qeyd edib ki, Taliban hökumətə qalib gələcək qədər güclü deyil: "ABŞ və Əfqanıstan hökuməti arasında sülh prosesini inkişaf etdirmək üçün bir sıra müqavilələr var".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31