Səudiyyə Ərəbistanı İstanbuldakı Baş Konsulluğunun binasını köçürür
13 Noyabr 2018 18:11 DünyaSəudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətindən sonra İstanbuldakı Baş Konsulluğunun binasını başqa yerə köçürür.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun köçürülməsi barədə XİN-ə müraciət etmədiyi də vurğulanıb.
Qeyd edək ki, "Vaşinqton Post" qəzetinin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31