Misir və BMT-nin nümayəndə heyəti Qəzza sektoruna səfər edəcək
13 Noyabr 2018 18:07 DünyaMisir və BMT-nin nümayəndə heyəti sabah Qəzza sektoruna səfər edəcək.
Səfərin əsas məqsədi İsrailin fələstinli radikalların raket atmasına cavab olaraq ardıcıl ikinci gündür Qəzza sektoruna havadan zərbələr endirməsiylə gərginliyin kəskin artması şəraitində fələstinliləri və israilliləri atəşkəsə qayıtmağa razı salmaqdır.
Öz növbəsində, Fələstinin FƏTH hərəkatının nümayəndəsi Üsəma əl-Kavasmi bildirib ki, Qəzza sektorunda vəziyyət son dərəcə qeyri-sabit və çox təhlükəlidir.
O, fələstinlilər və israillilər arasında əsas vasitəçi kimi Misirin Qəzzada İsrailin təcavüzünü dayandırmaq səylərində uğur əldə edəcəyinə ümidvar olduğunu qeyd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31