İranda bəzi estetik əməliyyatlar qadağan edilib

İranda bəzi estetik əməliyyatlar qadağan edilib.

Qulaqda və göz ətrafında aparılan estetik əməliyyatlar qadağan edilib.

İran İslam Şurası Məclisinin (parlamentin) hüquq komitəsinin üzvü Həsən Novruzi bildirib ki, bununla əlaqədar qanun qəbul edilib. Qanuna əsasən, qulaq və göz ətrafında əməliyyat edənlər (həm həkim, həm də əməliyyat olunan) 10 gündən 2 aya qədər həbs və 74 şallaq zərbəsi ilə cəzalandırılacaqlar. H. Novruzi onu da qeyd edib ki, bu növ əməliyyatlar ictimai əxlaqa ziddir.

Xatırladaq ki, estetik əməliyyatların aparılmasına görə İran dünyada ilk sıralardadır.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31