Ukrayna prezident seçkilərində məntəqələrə veb-kameraların quraşdırılması mümkün olmayacaq

Prezident seçkiləri üçün səsvermə məntəqələrində veb-kameraların quraşdırılmasına 1 milyard qrivna (təxminən 36 milyon dollar tələb olunur.

xəbər verir ki, bu fikri Ukrayna Mərkəzi Seçki Komissiyası sədrinin müavini Yevqeniy Radçenko mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun üçün 2019-cu ilin dövlət büdcəsində maliyyə vəsaiti nəzərdə tutulmayıb. Ona görə də prezident seçkiləri zamanı məntəqələrin veb-kameralarla təmin edilməsi mümkün olmayacaq.

Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31