Latın Amerikasından Türk poladına və dəmirinə tələb
13 Noyabr 2018 17:51 DünyaABŞ-ın tətbiq etdiyi yüksək vergilər səbəbilə Türkiyə polad və dəmir istehsalçıları ixracat sahəsini genişlətmək istiqamətində işlərini sürətləndiriblər. Hazırda Türkiyə polad və dəmir istehsalçısı olan 40-dan çox şirkət ALACERO Latın Amerika polad istehsalçıları konfederasyaslnln dəvətiylə iş görüşmələrində iştirak ediblər . Türk sənayeçilər Panama , Kolumbiya Çili və Paraqvay kimi ölkələrdən 150-dən çox saziş imzalayıblar. Türk polad istehsalçıları az bir zaman içində Latın Amerikasına polad dəmir ixracatını 12 faiz artırmağı hədəfləyir.
Qeyd edək ki, ABŞ -ın Türkiyədən alınan polad və dəmir idxalatına qarşı tətbiq etdiyi yüksək vergilərə rəğmən Ameriyay satışlarda azalma müşahidə edilməyib. Satışlar sabit səviyyədə davam edir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.