Ərdoğanın oğlu italyanca mahnı oxudu – Video
13 Noyabr 2018 16:07 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan qonaq olduğu Best FM radiostansiyasında italyanca mahnı ifa edib.
Bilal Ərdoğan "Fənərbaxça" futbol klubunun fanatı olduğunu və övladlarının da bu komandanın tərəfdarı olmasını istədiyini söyləyib.
Bilal Ərdoğan 3-4 ildir "Fənərbaxça" matçlarını tribunadan izlədiyini söyləyib: "Futbol izləyicisiyəm və futbol mədəniyyətim yaxşıdır. Fanatik tərəfdar deyiləm. Övladlarımı fənərbaxçalı kimi böyütmək, komandamı onlarla eyni rəngləri sevərək dəstəkləmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31