Mey nazirin YUNESKO təklifinə qarşı çıxdı

Britaniya YUNESKO-dan çıxmalıdır.

Bunu Nazirlər Kabinetinin üzvlərinə müraciətində Britaniyanın Beynəlxaql İnkişaf İşləri üzrə naziri Penni Mordont deyib. Onun sözlərinə görə, YUNESKO maliyyə yardımı göstərilməsi kriteriyalarına cavab vermir.

O, təşkilatın maliyyələşdirilməsinin 2019-cu ilin sonuna qədər dayandırılmasını istəyib.

Mordontun qərarına qarşı baş nazir, ekologiya nazir, xarici işlər naziri çıxıb. Buna səbəb kimi Breksitdən sonra Britaniyanın təsirinin gücləndirilməsinə yaranan ehtiyac göstərilib.

Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31