Türkiyə müxalifətinin lideri Prezidentə təzminat ödəyəcək

Türkiyə müxalifətinin lideri, Cümhurriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana 130 min türk lirəsi (23 min 775 dollar) məbləğində təzminat ödəyəcək.

Bu barədə qərar noyabrın 13-də keçirilən məhkəmənin iclasında qəbul edilib.

Bildirilib ki, Kamal Kılıcdaroğlu "Man adası iddiaları" ilə bağlı cərimələnb.

Qeyd edək ki, K.Kılıcdaroğlu çıxışlarından birində Türkiyə Prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31