ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək
12 Noyabr 2018 17:00 DünyaABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.
Bu məsələ ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.
Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.
Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31