Balın içindən narkotik çıxdı
12 Noyabr 2018 15:03 Dünyaİstanbul Qazi Osman Paşa rayonunda patrul xidməti aparan polis əməkdaşları bir şübhəli gördükləri avtomobili saxlamaq istəyiblər. Dayan xəbərdarlığına məhəl etməyən avtomobil sürətlə uzaqlaşamağa başlayıb. Uzun çəkən təqib nəticəsində avtomobil dayandırılıb. Avtomobilin yük daşıma hissəsində bal qutularında gizlədilmiş 5 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb.
Avtomobilin sürücüsü S.G polis tərəfindən şübhəli qismində həbs edilib.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31