İtaliyada mafiya əməliyyatı - Keçmiş deputat saxlanıldı

İtaliyanın cənubundakı Katandzaro şəhərində polis mafiyaya qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində 24 nəfər saxlanılıb.

Məlumata görə, saxlanan şəxslər "Ndrangeta" mafiyası ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd olunur ki, əməliyyat nəticəsində İtaliya Parlamentinin keçmiş deputatı Cuzeppe Qalati də saxlanılıb.

Bundan başqa, 10 milyon avro məbləğində əmlakın müsadirə olunduğu da bildirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31