Məktəb idarəçisi “Holoqram” sevgilisi ilə evləndi

Yaponiyada maraqlı hadisə baş verib. Paytaxt Tokioda məktəb idarəçisi, virtual dünyada 16 yaşlı müğənni olan holoqram Hatsune Miku ilə evlənib.

Yaponiyada maraqlı hadisə baş verib. Paytaxt Tokioda məktəb idarəçisi, virtual dünyada 16 yaşlı müğənni olan holoqram Hatsune Miku ilə evlənib.

Miku ilə mart ayından birlikdə yaşayan Akihiko Kondo, hologramla evlənmək üçün təxminən 18 min dollar xərcləyib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşındakı Kondochr("39")nun 17 min 600 dollara Tokioda təşkil etdiyi evlilik mərasiminə isə anası başda olmaq üzrə heç bir qohumu qatılmayıb.

Bir oyuncaq körpə formasında toya gələn "gəlin" Miku ilə Kondonun evlilik mərasiminə təxminən 40 qonaq qatılıb.

Holoqramın istehsalçısı olan Gatebox şirkəti isə evliliyi rəsmiləşdirmək üçün  sertifikat təqdim edib. Şirkət, indiyə qədər bu şəkildə 3 min 700 evlilik sertifikatı verdiyini açıqlayıb.

Kondo, holoqramın onu heç vaxt aldatmayacağını, yaşlanmayacağını və ölməyəcəyi üçün şanslı olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31