Səudiyyə Ərəbistanın energetika naziri OPEC-in ləğv olunacağı məlumatlarını təkzib edib

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC-in ləğv olunacağı ilə bağlı məlumatları təkzib edib. 

"Mən sizi əmin edə bilərəm ki, OPEC-in ləğv olunması planları yoxdur",- nazir bildirib.

Qeyd edək ki, ötən həftə "The Wall Street Journal" nəşri Səudiyyə Ərəbistanının Kral Abdulla Neft Araşdırmaları mərkəzinin OPEC-in dağılması ehtimalını və bunun neft bazarı üçün mümkün nəticələrini araşdırdığı barədə məlumat yaymışdı.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31