Futbolçuları aparan avtobus aşdı - Ölənlər və yaralananlar var
12 Noyabr 2018 13:09 DünyaPeruda gənclərdən ibarət futbol komandasını aparan avtobus qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus uçuruma düşüb.
Məlumata görə, nəticədə 7 yeniyetmə futbolçu ölüb, daha 11-i yaralanıb.
Ölənlərin yaxınları meyitləri tanıdıqdan sonra təhvil alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfər artıq evə buraxılıb.
Perunun Futbol Federasiyası hadisə ilə bağlı ölənlərin ailələrinə başsağlığı verib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31