Gürcüstanda iki gün davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb

Gürcüstanın İmereti bölgəsinin Zekari kəndi ərazisində noyabrın 10-dan etibarən davam edən meşə yanğınını aradan qaldırmaq mümkün olmayıb.

Bu gün səhər saatlarında yanğının söndürülməsi üzrə işlər bərpa olunub.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən cəlb olunub. İlkin məlumatlara görə, 5 hektar sahə yanıb. Yanğının bu gün lokallaşdırılacağı gözlənilir.

Yanğının yaşayış məntəqələrinə doğru yayılması təhlükəsi yoxdur.

Faktla bağlı qəsdən yanğın törətmə maddəsi üzrə cinayət işi açılıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31