Çörçillin nəvəsi Trampı biabır etdi: "Bədbəxt..."
12 Noyabr 2018 12:03 Dünyaİngiltərinin keçmiş baş naziri Uinston Çörçillin nəvəsi Nikolas Soames Parisdə ABŞ hərbçilərinin məzarlığını ziyarət etməməsindən dolayı amerikalı lider Donald Trampı kəskin tənqid edib.
Soames Tvitter paylaşımında Trampı "bədbəxt" adlandırıb.
"Onlar düşmənləri ilə üz-üzə savaşaraq öldülər. Lakin bədbəxt Tramp həyatını itirənlərin xatirəsinə hörmət naminə olaraq yağışa qarşı çıxa bilmədi", - deyə böyük ingilis dövlət xadiminin nəvəsi yazıb.
Xatırladaq ki, Tramp Parisdə əlverişsiz hava şəraitindən dolayı məzarlığa getməkdən imtina edib və oteldə qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31