Fransa hərbi məqsədlər üçün Gürcüstana 18 milyon avro yardım edəcək
8 Noyabr 2018 17:17 DünyaFransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.
Bu sözləri Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.
Nazir müavini deyib ki, bu yardım Gürcüstanın 2019-cu il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində də əksini tapıb. Bu vəsait hesabına Gürcüstan Müdafiə Nazirliyinin 2019-cu il üçün maliyyələşməsi 55 milyon lari artırılıb. Fransa bu vəsaiti Gürcüstana 2015-ci ildə imzalanmış müqavilə əsasında ödəyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31