İtaliyada 20 ilin ən iri narkotik partiyası müsadirə edilib
8 Noyabr 2018 15:15 Dünyaİtaliyada ölkə tarixinin son 20 ili ərzində ən böyük narkotik partiyası müsadirə edilib.
Qenuya şəhərində baş tutan əməliyyat zamanı 270 kiloqram narkotik vasitə ələ keçirilib. Ölkə polisinin məlumatına görə, narkotik İrandan İtaliyaya gələn konteynerdə gizlədilib. Bildirilir ki, insidentlə bağlı Niderlandda iki nəfər saxlanılıb. Bundan başqa, təhqiqata İsveçrə, Fransa, Belçika və Niderland hüquq-mühafizə orqanları da cəlb edilib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31