Baş nazirə sui-qəsd hazırlayan snayper saxlanılıb
8 Noyabr 2018 15:10 DünyaKataloniyanın hüquq-mühafizə orqanları İspaniya hökumətinin sədri Pedro Sançesə sui-qəsd planlaşdıran kişini saxlayıblar.
Saxlanılan 63 yaşlı kişi mühafizəçi işləyib və silah üçün lisenziyası olub.
İspaniya mətbuatının məlumatına görə, sui-qəsdin səbəbi hökumətin diktator Fransisko Frankonun qalıqlarını ekskumasiya etmək istəməsi olub.
Saxlanılan şəxsin evində aparılan axtarış zamanı 16 ədəd silah, o cümlədən avtomat və snayper tüfəngi tapılıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31