Argentina Prezidenti barəsində istintaqa xitam verilib
2 Noyabr 2018 13:04 DünyaArgentina Prezidenti Maurisio Makribarəsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə saziş imzalanarkən səlahiyyətlərini aşmasına dair şikayətlərə əsasən başlayan istintaqa xitam verilib.
Sentyabr ayında Xalq Birliyi Partiyasının təmsilçisi Klaudio Losano tərəfindən təqdim edilən şikayətdəki dəlilləri "məntiqli və diqqətəlayiq" hesab edən prokuror Xorxe Felipe de Lelio məsələni icraata qəbul etsə də, hakim iş materiallarını rəfə qoyub.
Bu ilin iyununda BVF stand-by üsulu ilə Argentinaya 50 milyard ABŞ dolları məbləğində kredit vermək qərarını təsdiqləmişdi. Maliyyə vəziyyətin ağır olduğu Argentinada peso ilin əvvəlindən dollara nisbətən 45 faizdən artıq ucuzlaşıb, Mərkəzi Bank da faiz dərəcəsini indiyədək görünməmiş 60 faizədək qaldırıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31