Serj Sarkisyan tərəfdarlarını fakt qarşısında qoyub

"Hraparak" qəzeti yazır ki, Respublika partiyasının təmsilçiləri çətin vəziyyətdə qalıblar. Adıçəkilən erməni nəşrinə görə, seçki kodeksinun iflasa uğramasından ilk olaraq, məhz Respublika partiyası zərər çəkəcək. "Sej Sarkisyan Respublika partiyasının üzvlərini fakt qarşısında qoyub - kim siyahıda adının olmağını istəyirsə, reytinq sistemi üzrə irəli sürülməlidir, o cümlədən, siyasi qanadın nümayəndələri Armen Aşotyan, Eduard Şarmazanov, partiyanın qadın təmsilçiləri və başqaları ki, xərclənmiş maliyyə vəsaitləri və reytinq sistemi üzrə uığılmış səslər sayəsində parlamentdə yer tutublar", deyə, Sarkisyan bildirib. SİTAT: "Onlar qollarını çırmayaraq, kəskin mübarizəyə başlamalı və bu mübarizədə hər kəs öz nüfuzunun nə qədər olduğunu göstərəcək.

"Bu amil ən azı, növbəti parlamentdə də təmsil olunmaq istəyində olan bir sıra respublikaçılarda narahatlıq doğurmağa başlayıb və onlar yaxşı anlayırlar ki, reytinq sistemi üzrə seçilmək nə qədər çətindir. Respublika partiyası bu addımı zorən atır, çünki partiyanın reytinqini saxlayan deputatların əksəriyyəti Nikol Paşinyanın cinahına keçiblər. Nəticədə hər şey partiyanın ideoloji hissəsinə qalır. Başqa sözlə, seçki kodeksinin iflasa uğraması Respublika partiyasının maraqlarını təmin etmir, sadəcə, bunu prinsipə görə etdilər və problem qarşısında qaldılar", adıçəkilən erməni qəzeti yazıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31