Sirklərdə vəhşi heyvanların çıxışı qadağan edilir - Portuqaliyada

Portuqaliya parlamenti ölkənin sirklərində vəhşi heyvanların çıxışını qadağan edən qanunu dəstəkləyib. Bu barədə heyvan haqları müdafiəçilərini və ekoloqları birləşdirən Portuqaliyanın "PAN" Partiyası özünün "Instagram" səhifəsində bildirib.

Yeni qanunla vəhşi heyvanların, xüsusilə şir, pələng, fil, dəvə və zebrlərin sirk tamaşalarında iştirakı qadağan ediləcək.

Bu qanuna uyğun olaraq, "keçid dövrü" sayılacaq növbəti 6 il ərzində sirklər vəhşi heyvanları könüllü şəkildə xüsusi sığınacaqlara təhvil verməlidirlər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31