Daşnaklar “Homoseksuallar haqqında qanun”dan narahatdırlar
2 Noyabr 2018 12:47 DünyaErmənistan parlamentində "Daşnaksyutun"u təmsil edən deputatlar elm və təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən və Nikol Paşinyan cəbhəsini təmsil edən Araik Arutunyana maraqlı sual ünvanlayıblar.Daşnaklar Arutunyandan yeni hakimiyyətin parlamentdə monopoliya yaratması ehtimalının olduğunu iddia edərək, bu amilin gələcəkdə eynicinslilərin nikahı, marixuananın leqallaşdırılması, eləcə də Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı qanunların qəbulunu nə qədər real hesab etdiyini soruşublar.
Bu suallar qarşısında aciz qalan Araik Arutunyan cavabdan yayınaraq, qarşı tərəfi ittiham edib. "Bilirsiniz, bizdə bəzi dostlar var ki, yel dəyirmanı ilə döyüşməyi sevirlər", deyən Arutunyan konkret olaraq, "homoseksuallıq probleminə necə yanaşırsınız?" sualına da yersiz cavab verib. "İstənilən qrup insanlara görə, mən Ermənistan konstitusiyasını rəhbər prizma ilə yanaşıram", deyə Paşinyanın təmsilçisi bildirib.
sia