189 ölkə ABŞ və İsrailə qarşı birləşdi - Yekun bəyanat

BMT Baş Assambleyası 55 ildir ki, ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticari və maliyyə blokadasını dayandırılması ilə bağlı 27-ci dəfə bəyanat qəbul edib.

Bu barədə RİA məlumat yayıb.

Hər zamanki kimi, bu bəyanatı Kuba irəli sürüb və öz növbəsində 189 ölkə bu bəyanata səs verərək, dəstəkləyib.

Ənənəvi olaraq, iki ölkə - ABŞ və İsrail bəyanata qarşı çıxıb.

"Bu qanunların mövcud olduğu və davam etdiyi dönəmdə onları aradan qaldırmaq və məhdudlaşdırmaq üçün yenə dövlətləri gərəkli addımlar atmağa çağırırıq", - deyə bəyanatda bildirilib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31