Tramp kritik posta o xanımı gətirmək istəyir

Prezident Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbərliyinə Hizer Noyertin namizədliyini irəli sürəcək.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Ağ Ev rəhbəri xanım namizədə bununla bağlı təklif verəcək.

ABŞ Senatı Noyertin namizədliyini təsdiqləyərsə, o, dövlət departamentindəki mətbuat katibi vəzifəsindən istefa verib, sələfi Nikki Heylinin yerini tutacaq.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli idi. O, bir müddət əvvəl vəzifəsindən istafa vermişdi.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31