Makrondan səhhəti ilə bağlı açıqlama
2 Noyabr 2018 12:35 DünyaSəhhətimlə bağlı hər şey yaxşıdır, narahatlığa əsas yoxdur.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
"General Şarl de Qolun dediyi kimi, özünü necə hiss etdiyini qəzetlərdən bilmək yaxşıdır. Narahat olmayın, hər şey normaldır. Mən həmişəki kimi görünürəm, elə deyil?" - deyə 40 yaşlı lider bildirib.
Qeyd edək ki, Makronun 4 günlük istirahətə çıxması ictimaiyyətdə onun xəstəliyi ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olmuşdu.
AXAR.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31