Kemeron revanşa hazırlaşır: Rəqibləri ilə hesablaşacaq

Britaniyanın keçmiş baş naziri Devid Kemeron yenidən böyük siyasətə qayıtmağı və Britaniyanın xarici işlər naziri olmağı planlaşdırır.

Bu məlumatı "San" yayıb. İddia olunur ki, Kemeron artıq öz dostlarına mühafizəkarların yeni liderinin onu hökumətə dəvət edəcəyi halda buna razılıq verəcəyini bildirib.

Onun 2019-cu ilin yazında xatirələrinin çap olunmasından bir müddət sonra böyük siyasətə qayıdacağı vurğulanıb. Bu memuarları vasitəsilə bir zamanlar ona qarşı Breksit tərəfdarı olan siyasətçilərlə hesablaşmağı planlaşdırdığı bildirilib.

Qeyd edək ki, Kemeron 2016-cı ildə Breksitlə bağlı referendum keçirildikdən az sonra istefaya gedib. Buna səbəb onun Breksiti dəstəkləməməsi olub.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31