ABŞ Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirəcək
1 Noyabr 2018 11:43 DünyaABŞ hökuməti ölkə istiqamətində hərəkətdə olan miqrant axını ilə əlaqədar olaraq öz sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirmək niyyətindədir.
Bunu Amerika lideri Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı deyib.
"Karvana gəldikdə isə, bizim hərbçilər artıq yerləşdirilib. Bizim orada 5 minə yaxın adamımız var...Biz hərbçilərin sayını 10-15 minə çatdıracağıq", - deyə prezident bildirib.
Bundan əvvəl ABŞ İrandan neft tədarükünə embarqonun müddətini uzadıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31