İranlı deputatlar daxili işlər nazirinin impicment edilməsini istəyirlər

İran parlamentinin xüsusi komissiyası noyabrın 5-də ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin impicment edilməsi ilə bağlı təklifə baxacaq.

25 deputat oktyabrın 3-də nazirə etimadsızlıq göstəilrəməsi ilə bağlı qanunverici orqana layihə göndəriblər.

Deputatlar Əbdülrza Rəhmani Fəzlinin vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi kobud xidməti səhvə görə tənqid ediblər. Onlar naziri təhlükəsizlik məsələlərini lazımı səviyyədə həyata keçirə bilməməkdə, xüsusi ilə Əhvazdakı terror hücumuna görə ittiham ediblər. Deputatların fikrincə, daxili işlər naziri ölkədə qaçaqmalçılığın qarşısının alınması sahəsində lazımı tədbirlər görmür, bu sahələrdə zəifliyə yol verir, həmçinin bələdiyyələrin fəaliyyətinin monitorinqini yetərli aparmır. 

Deputatlar bu məsələlərdə nazirə irad bildiriblər və ayıq-sayıqlığın itirilməsini impicment üçün başlıca səbəb olaraq göstəriblər.

Qeyd edək ki, Əbdülrza Rəhmani Fəzli 2013-cü il avqustun 15-dən, yəni Həsən Ruhaninin prezidentliyinin birinci dövründən daxili işlər naziridir. 

Xatırladaq ki, sentyarbın 22-də İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 25 nəfər ölüb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31