Parisdə iki təyyarə toqquşub
1 Noyabr 2018 11:12 DünyaFransanın paytaxtı Parisdə "Ruassi - Şarl de Qoll " hava limanında iki təyyarə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Air France" aviaşirkətinə məxsus təyyarə dayanacaq yerini tərk etdikdən sonra uçuş-enmə zolağı istiqamətində hərəkət edib və dayanıb. Bu zaman arxadan keçən "Delta Air"in təyyarəsi birinci təyyarəyə qanadı ilə dəyib.
"Air France" təyyarəsinin uçuşu təxirə salınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31