ABŞ-da 2020-ci il prezident seçkiləri üzrə ilk müzakirələr yazda keçiriləcək
9 Oktyabr 2018 11:31 DünyaABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədlərin ilk ictimai müzakirələri, ehtimal ki, səsvermə günündən il yarım öncə, gələn ilin yazından aparılmağa başlanacaq.
Bu barədə bazar ertəsi Demokratlar Partiyasının xadimi, ABŞ-ın sabiq prezidenti Barak Obamanın sabiq müşaviri Devid Akselroda istinadən "2020 Elections Central" internet-portalı məlumat yayıb.
"Ən gec yazın əvvəlində müzakirələr baş tutacaq. Hesab edirəm ki, ən çox ehtimal edilən vaxt - gələn ilin birinci rübüdür. Demokratlar Partiyasında düşünürlər ki, bu işi uzatmaq olmaz, bundan əlavə, potensial namizədlər arasında da eyni əhval-ruhiyyə hökm sürür", - deyə o bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31