"Telegraph" Skripalın zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adını açıqlayıb
9 Oktyabr 2018 11:27 DünyaBaş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adı Aleksandr Yevgenyeviç Mişkindir.
Bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb.
Qəzet iddia edir ki, Rusiya hərbi kəşfiyyatının 39 yaşlı əməkdaşı Aleksandr Petrov adı altında gizlədilir.
Öz növbəsində Britaniyanın "Bellingcat" təşəbbüs qrupu Mişkini Baş Kəşfiyyat İdarəsində (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi nəzərdə tutulur - red.) xidmət edən "təlim keçmiş hərbi həkim" hesab edir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31