"Google" şirkəti 500 min istifadəçi məlumatının sızdığını təsdiq edib
9 Oktyabr 2018 11:24 Dünya"Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.
Təhlil göstərir ki, 438 proqram bu şəxsi məlumatlardan istifadə edə bilər.
Söhbət "açıq" kimi qeyd edilməyən istifadəçi məlumatlarından gedir. Bura əlavə istifadəçi profili məlumatları daxildir: ad, elektron poçt ünvanı, peşə, cinsiyyət və yaş.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31