Braziliyada prezident seçkilərinin birinci turunun nəticələri elan olunub
9 Oktyabr 2018 11:01 DünyaBraziliyanın Ali Seçki Məhkəməsi bazar günü keçirilən prezident seçkilərinin birinci turunun nəticələri hesablayıb. Sağçı Sosil-liberal partiyasından olan namizəd Jair Bolsonaro səslərin 46% qazanıb, ən yaxın izləyicisi solçu Fernando Addad isə cəmi 29% səs toplaya bilib. Hər iki namizəd 29 oktyabrda keçiriləcək seçkilərin ikinci turuna keçib.
Xatırladaq ki, bazar günü Braziliyada keçirilən ümumi səsvermədə vətəndaşlar prezident, qubernator və parlament üzvlərini seçirdilər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31