Netanyahunun arvadı hakim qarşısında – 100 min dollarlıq yemək sifarişi
9 Oktyabr 2018 04:34 DünyaDövlət büdcəsindəki pulları mənimsəməkdə təqsirləndirilən İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu məhkəmənin ilk iclasında hakim qarşısına çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 59 yaşlı Sara Netanyahu haqqındakı iddiaları rədd edib.
Məhkəmə prosesi noyabrın 13-ə təxirə salınıb.
İddialara görə, Sara Netanyahunun evində aşpaz çalışsa da, o, bunu təkzib edib. Məlumata görə, baş nazirin xanımı 100 min dollarlıq hazır yemək sifariş verib. Onun 2010-cu ildən 2013-cü ilədək dövlət büdcəsinin pulu ilə yüzlərlə yemək sifariş etdiyi deyilir.
İsrailin dövlət rəhbərliyində olan şəxslərin evində aşpaz olduğu halda kənardan hazır yemək üçün büdcə pulundan istifadə etməsi qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31