Niderland səfiri Rusiya XİN-ə çağırılıb

Niderlandın Moskvadakı səfiri Rene Cons-Bos Amsterdamın Moskvanı Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) kiberhücumlar həyata keçirməkdə ittiham etməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, oktyabrın 4-də Niderlandın müdafiə naziri Ank Beyleveld OPCW-yə haker hücumunda iştirak edən dörd Rusiya vətəndaşının ölkədən qovulduğunu bildirib.

Elə həmin gün Rusiyanın müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31