Rusiyanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 8-də İran tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Cavad Zərif arasında telefon danışığı baş tutub.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri energetika sahəsində qarşılıqlı fəaliyyət məsələlərinin üzərində xüsusi dayanaraq, ikitərəfli əməkdaşlığın problemlərini müzakirə ediblər.

Nazirlər gündəlikdə duran bir sıra beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31