Suriya müxalifəti İdlibdən bütün ağır silahları çıxarıb
8 Oktyabr 2018 18:52 DünyaSuriyanın silahlı müxalifəti İdlibdəki demilitarizasiya zonasından ağır texnikanın çıxarmasını başa çatdırıb.
Ağır texnika Suriya qoşunlarının və silahlı müxalifətin bütün təmas zonalarından çıxarılıb. Ötən gecə müxalifət silahların, o cümlədən minomyot, qaubitsa və raket qurğularının çıxarılmasını sürətləndirib. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri Baş qərargahının İdlibdəki demilitarizasiya zonasına zirehli texnika və digər silahlar göndərib. Soçi sazişinə uyğun olaraq, Türkiyə tərəfi burada patrul fəaliyyəti ilə məşğul olacaq.
Xatırladaq ki, Suriyanın İdlib əyalətində demilitarizasiya zonasının yaradılması barədə saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında sentyabrın ortalarında Soçidə baş tutan danışıqlardan sonra imzalanıb. Demilitarizasiya zonasına nəzarəti Türkiyə və Rusiya hərbçiləri birlikdə həyata keçirəcəklər.