"NATO Rusiyaya hücuma keçir"- Yermakov

NATO artıq hücum xarakterli təşkilata çevrilib.

Bunu "Sputnik Moldova"ya açıqlamasında rusiyalı ekspert Sergey Yermakov deyib.

"NATO artıq müdafiə bloku deyil. Bütün müdafiə xarakterli bəyanatlarına rəğmən NATO daha çox hücum xarakterli təşkilata çevrilir və özünün ekspedisiya imkanlarını artırır. NATO müdafiə nazirlərinin bu dəfəki görüşünə Federika Moqerini də qatıldı və Avropada hərbi şengen məsələsinin inkişafı müzakirə edildi. İsveç və Finlandiya kimi neytral ölkələr də sammitə öz nazirlərini göndərdilər. Bütün bu hərbi hazırlıqlar Rusiyaya qarşı potensialın yaradılmasına yönəlib", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31