"İrəvanı AŞPA-da korrupsiyaçılar təmsil edir" - Paşinyan

Bizim AŞPA-dakı nümayəndə heyətimiz keçmiş korrupsiyaçı sistemi təmsil edir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

"Beynəlxalq strukturların təmsilçiləri ilə ünsiyətdə oluram, ancaq hər hansı bir narazılıq barədə eşitməmişəm. Eşidəcəyim halda isə bütün bunlara qarşı durmaq üçün kifayət qədər arqumentimiz olacağını düşünürəm. Həmçinin düşünürəm ki, Ermənistanda çətinləşən vəziyyətlə bağlı yalan informasiya yayılmasını dayandırmaq lazımdır. Respublikaçılar Partiyasının millət vəkilləri və AŞPA-dakı nümayəndə heyətimizin üzvləri ölkədəki hadisələrin başqa cür işıqlandırılmasından şərəf qazanmır. Yeri gəlmişkən, bunun özü növbədənkənar parlament seçkiləri keçirmək üçün daha bir arqumentdir. AŞPA-dakı nümayəndə heyətimiz heç kəsi təmsil etmir. Onlar yalnız keçmiş korrupsiyaçı sistemi təmsil edirlər. Hesab edirəm ki, Ermənistana həmməruzəçilər gəldikdə bizim xüsusi olaraq danışmağımıza ehtiyac yoxdur. Qoy gəlsinlər, monitorinq aparsınlar və özləri hər şeyi anlasınlar", - Paşinyan bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31